Hadisə

Qubada FACİƏ: 5 nəfər ölüb - YENİLƏNİB - FOTO

25 Avqust 2021 11:03
0 Şərh     Baxış: 3 716
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

11:03

Daxili İşlər Nazirliyi tərəfindən bu gün Qubada 5 nəfərin ölümü ilə nəticələnən qəza barədə açıqlama verilib. 

Nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Milli.Az-a bildirib ki, hadisə bu gün səhər saat 7 radələrində Qubanın Alekseyevka və Zərdabi kəndləri arasında  baş verib: "Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan dörd sərnişin və bir sürücü həlak olub. 

Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Məlumdur ki, kəndarası yollarda polis postları, sürətölçən radar yoxdur. Sürücü magistral trasda hərəkət etsəydi, radarlara görə bu qədər sürətli şəkildə avtomobili idarə etməzdi".

----------

10:23

Quba rayonunun Alekseyevka kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.

Onların kimliyi dəqiqləşdirilir.

----------

09:00

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.