Hadisə

Qaydaları pozan şadlıq sarayları 4000 manat cərimələndi

29 İyul 2021 18:24
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı "Dostluq" və "Yamal" şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 4000 manat məbləğində cərimə olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.