Hadisə

"Qədir Xum" 4000 manat cərimələndi

26 İyul 2021 18:14
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Qədir Xum" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, məlum olub ki, adıçəkilən restoranın inzibatçısı E.Şəmsədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirməyərək 100 nəfər qonağın iştirak etdiyi məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı restoranın inzibatçısı 4000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Abdulabad, Ağacanlı, Atbulaq, Qarasu və Talış kəndlərində də beş fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.
Həmin toy məclislərinin sahibləri də inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.