Hadisə

Biləsuvarda 3 narkotacir zərərsizləşdirildi

24 İyun 2021 18:12
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əliabad kənd sakini R.Qasımov saxlanılıb. Onun üzərindən 123 qramdan artıq narkotik vasitə heroin, 200 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə isə Biləsuvar rayon sakinləri P.Ağayev və E.Rüstəmov saxlanılıblar. P.Ağayevin üzərindən narkotik vasitə olan qurudulmuş marixuana, E.Rüstəmovdan isə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.