Hadisə

Qohumunun evindən 40 min manatlıq qızıl oğurlayan yeniyetmə saxlanılıb - FOTO

2 İyun 2021 13:19
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.