Hadisə

Dərmanlarımız İrəvanda satılır? - İddia

20 Aprel 2021 17:14
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İrəvan apteklərində Azərbaycandan gələn dərman preparatları satılır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İrəvan sakini Kara Avetisyan öz feysbuk hesabında yazıb. O qeyd edib ki, İrəvanda bir aptekdən aldığı dərmanın qutusunun içindən azərbaycanca təlimat kağızı çıxıb.

"Bu gün dərman alıram və içində Azərbaycan dilində bir təlimat kağızı var",- deyə Avetisyan qeyd edib.

Dərmanın Ermənistana qaçaqmalçılıq yolu ilə gətirildiyi ehtimal olunur.

"Verelq.am" saytı bildirir ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin olmamasına baxmayaraq Azərbaycandan gələn dərmanların satılması, dərmanların qeydiyyatı və etiketlənməsi Ermənistan qanunvericiliyinin tələblərinin pozulması deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.