Hadisə

Göyçayda özünü asan oğlanı anası son anda xilas edib

25 Mart 2021 18:39
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayonunda intihara cəhd olub.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Onun özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.