Hadisə

Tərtərdə oğurluq edən şəxs saxlanılıb

19 Fevral 2021 13:14
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtər şəhər sakini Ə.Qasımlı ötən ilin dekabr ayında özünə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər şəhər sakini Ramiz Malıyev saxlanılıb. Araşdırmalarla onun evdən 1 ədəd televizor və 1 ədəd qol saatı oğurlamaqla zərərçəkmişə 700 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı R.Malıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.