Hadisə

Mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

28 Yanvar 2021 19:14
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.