Hadisə

Tanınmış azərbaycanlı rejissor vəfat etdi

28 Yanvar 2021 10:40
Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arif Həbibi vəfat edib.

Milli.Az  open.az-a istinadla xəbər verir ki, Azərbaycan kinosunda dublyaj rejissoru kimi tanınan, xarici filmləri ana dilimizə tərcümə edən və dublyaj sənətinin ustadlarından sayılan, Əməkdar Mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Bu barədə məlumatı mərhum rejissorun qızı İlhamə Həbibi sosial mediadan yayıb.

Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.

1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb.

Arif Həbibi Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və "ukladka" edib.

Uzun illər Mədəniyyət və İncəsənət Universitetində dublyaj sənətindən dərs deyib.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.