Hadisə

Bakıda evdən meyiti tapılan 23 yaşlı qızın intihar etdiyi məlum olub

25 Dekabr 2020 16:19
Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Bakıda mənzildən meyiti tapılan 23 yaşlı qızın ölüm səbəbi məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, araşdırmalar zamanı müəyyən edilib ki, Suraxanı rayonundakı evlərdən birində meyiti tapılan, 1997-ci il təvəllüdlü Səfərova Fatimə Rövşən qızı özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1997-ci il təvəllüdlü Səfərli Fatimə Rövşən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.