Hadisə

Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB

29 Noyabr 2020 18:27
Baxış: 2 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:27

Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

---------

17:58

Bakıda 2 azyaşlının su hovuzuna düşdüyü bildirilir.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.