Hadisə

Bakıda daha bir avtobus qəzası: yoldan çıxıb istinad divarına çırpıldı - FOTO

5 Oktyabr 2020 09:01
Baxış: 2 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. 

Belə ki, 79 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yağışlı hava şəraitində yol sürüşkən olduğundan idarəetmədən çıxıb. Nəticədə avtobus yoldan çıxaraq arxa düşüb. Daha sonra istinad divarına çırpılıb. Avtobusda olan sərnişinlər təxliyə edilib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.