Hadisə

Azərbaycanda bu nazirliyin 26 işçisi koronavirusa yoluxub, 1 nəfər ölüb

25 Sentyabr 2020 16:36
Baxış: 2 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 26 işçisi koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, yoluxanların hamısı ev və xəstəxanalarda müalicəsini başa çatdırıb.

O.Məhərrəmli qeyd edib ki, 1 nəfər işçi koronavirusdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.