Hadisə

Bakıda damda domino oynayanlar və kabab bişirənlər cəzalandırılıb - FOTO

7 İyun 2020 14:07
Baxış: 4 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Binəqədi RPİ 6-cı  PB əməkdaşları isə rayonun Qabil Süleymanov küçəsində yerləşən "Xəzri" yataqxanasının damında domino oynayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Paytaxtın Nizami rayonunda da xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəm küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.