Hadisə

Bakıda kredit təşkilatına məxsus avtomobil oğurlandı

12 Mart 2020 11:34
0 Şərh     Baxış: 1 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Yasamal rayonunda avtomobil oğurlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yasamal rayonu, Yeni Yasamal 1, ev 9-un qarşısında, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Hüseynov Vaqif Arif oğlunun idarə etdiyi, Bərdə rayonunda yerləşən "Brand Credit" kredit təşkilatına məxsus "VAZ 21144" markalı 90 AA 150 dövlət nömrə nişanlı avtomobil oğurlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil paytaxtın Qaradağ rayonu ərazisindəki "Bina" Ticarət Mərkəzinin qarşısında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.