Hadisə

Ucarda iki avtomobil toqquşub, yaralananlar var - FOTO

20 Yanvar 2020 17:58
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında

şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə Rasif Ağamirzə oğlu Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomovil toqquşub. Nəticədə sürücü N. Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmaya İslam qızı Qasımova, qızları, 2008-ci il təvəllüdlü Fəxri Əliyeva və 2012-ci il təvəllüdlü Şəxri Əliyeva müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.