Həmyerlimizi dilənçi halına salıb lağ etdilər, türk iş adamı isə... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı fəhlə Aqşin Güləliyevə Türkiyədən piano hədiyyə edilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həvəskar pianoçu Sabirabad şəhərinin Həsənli kəndində dünyaya gəlib. Atasının qaynaqçı, anasının evdar qadın olduğunu deyən Aqşinin sözlərinə görə, özündən başqa, 2 bacı və qardaşı ilə birlikdə ailəsi çətinliklə dolandığından onun musiqiyə olan həvəsi gözündə qalıb.
"Özümü tanıyandan ən böyük arzum musiqi olub. 15 yaşım olanda ailəmdən məni musiqi kursuna göndərmələrini istədim. Cüzi aylıq ödəyərək kiçik bir musiqi dərnəyində pianoda ifa etməyi öyrəndim. Evdə piano olmadığından praktik baxımdan öyrəndiklərimi tətbiq edə bilmirdim. Maddi çatışmazlıq ucbatından elə dərnəkdə öyrəndiklərimlə kifayətlənməli oldum. Öyrəndiklərim yay aylarında toylar zamanı çörəkpulum oldu", - deyə həvəskar pianoçu bildirib.
Güləliyev ötən ilin avqust ayında tikinti işləri gördüyü məktəbdə təsadüfən rastına çıxan pianoda musiqi ifa edərkən dostu onu telefonun videokamerasına çəkir və beləcə sosial mediada xeyli məşhurlaşır.
Dediyinə görə, Azərbaycanda telekanallardan biri onunla maraqlanaraq "gəl, bizim dediyimiz musiqiləri ifa et, sənə iş və piano verəcəyik" deyiblər. Lakin həmin süjet efirə gedəndə məlum olub ki, Aqşini ələ salaraq piano təhsili olmadığı bildirilib və dilənçi kimi rəftar ediblər.
Həvəskar pianoçu o qədər ürəkdən musiqi ifa edib ki, həmin videonu izləyən və adının çəkilməsini istəməyən türkiyəli iş adamı ona piano göndərib. Aqşin Güləliyev isə buna görə yalnız gömrük xərclərini ödəyib.
"Anaya övladsız həyat necə dözülməzdirsə, bir pianoçuya da pianosuz yaşam o qədər çətindir. Mən o vaxt pul qazanmaq məcburiyyətində idim. 6 ildir tikintidə çalışıram. Biri mənə gəl, musiqi sənəti ilə məşğul ol desəydi, bir dəqiqə belə düşünməzdim və gedərdim. Bu qədər vurğun olduğum musiqi alətini bir ömür boyu işləsəm də, əldə edə bilməyəcəkdim. Ona görə də harada piano görürdüm, onda ifa etməkdən özümü saxlaya bilmirdim", - deyə A.Güləliyev bildirib.
Şəxsi həyatı ilə bağlı danışan A.Güləliyev bildirib ki, əvvəllər aşiq olduğu bir qadın olub. Lakin onun başqası ilə ailə qurması həvəskar musiqiçiyə çox pis təsir etdiyindən, həyatını musiqiyə bağlayıb. Ən böyük arzusu bir musiqi albomu çıxarmaq olsa da, bu, hələ ki, onun üçün xəyaldır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
Lökbatanda mikroavtobus yük maşınına çırpıldı - (Video)
-
Bakıda avtobus yaşlı qadının üstündən keçdi - (Video)
-
Abşeronda yol-nəqliyyat qaydalarını pozan 45 motosikletçi saxlanılıb
-
Mingəçevirdə yol qəzası: 2 nəfər xəsarət alıb
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var







