Hadisə

Azərbaycanlı gənc ABŞ-dakı terrordan necə xilas oldu? - VİDEO - FOTO

14 İyun 2016 13:36
2 Şərh     Baxış: 2 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ABŞ-ın Florida ştatının Orlando şəhərində cinsi azlıqların çoxluq təşkil etdiyi gecə klubunda terror aktı törədilib. Hadisə nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Terror aktını Omar Martin adlı şəxsin törətdiyi məlum olub. Onun İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir. 

Milli.Az azvision.az-a istinadən bildirir ki, terror aktından təxminən 1 saat öncə Azərbaycan vətəndaşlarından biri həmin gecə klubunda olub. Adının mətbuatda açıqlanmasını istəməyən şəxs əməkdaşımızla internet vasitəsilə əlaqə saxlayaraq qanlı olayla bağlı təəssüratlarını bölüşüb.

"Adımın bu olayda hallanmasını istəmirəm. Çünki valideynlərim Azərbaycanda yaşayırlar. Onlar tanınmış insanlardır. Ailəmin narahat olmasını istəmirəm. Bizim ölkəmizdə mühit tam fərqlidir. İnsanlar belə klublara, oraya gedənlərə pis baxırlar. Bu baxımdan adımın açıqlanmasını istəmirəm ki, yaxınlarım mənə görə kiminsə yanında pərt olmasınlar.

Bir neçə il olar ki, Amerikaya köçmüşəm. Burada tək yaşayıram, həm də işləyirəm. Dostlarımla tez-tez həmin kluba gedirdik. Hadisə baş verən gün də orada idik. Xoşbəxtlikdən, klubdan mən tez çıxmalı oldum. Oradan çıxandan sonra idman zalına getdim. Dostlarım isə klubda qaldılar. Sonra eşitdim ki, klubda atışma olub, dostlarımı güllələyiblər. Təcili kluba qayıtdım. Polis ərazini nəzarətə götürmüşdü. Məni kluba daxil olmağa qoymadılar. Birlikdə əyləndiyimiz insanların çoxu ölmüşdü. Sadəcə dəhşət idi. Hələ də şokdayam. Mən oradan çıxmasaydım, bəlkə, mən də öləcəkdim. Xoşbəxtlikdən, sağ qaldım. Bu hadisədən sonra biz müsəlmanlara terrorçu kimi baxırlar. Hadisənin şokundan çıxmaq üçün Azərbaycana gəlmək istəyirəm".

Daha sonra azərbaycanlı gəncin vasitəsilə terror zamanı sevgilisini itirən, qanlı olayın canlı şahidi olan Omar Krullonla əlaqə saxladıq.

AzVision.az-a danışan Omar Krullon dəhşətli hadisəni belə xatırlayıb: "Biz 6 dost birlikdə həmin kluba getmişdik. Sevgilim də yanımda idi. İçki içib, əylənirdik. Hər şey yaxşı idi. Heç kim bilməzdi ki, klubda belə hadisə olacaq. Rəqs edən zaman sevgilim bizi videoya çəkirdi. Birdən atışma səsi eşitdik. Biz içkili idik. Nə baş verdiyini bilmirdik. Sevgilim, dostlarım qan içində idilər. Qulaqlarım səsdən tutulmuşdu. Güllə dəyməsin deyə yerə uzandım. Gözümü açanda xəstəxanada olduğu gördüm. Sevgilim və iki dostumun öldüyünü eşidəndə dəli olmuşdum. Dostlarımın bir neçəsi yaralıdır. Atəş açan adam bizə nifrətlə baxırdı. Onun gözlərinə baxanda bunu hiss etməmək mümkün deyildi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ da terrorun videosu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.