Bakıda yol çökdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda çökmə baş verib."Azəryolservis": Həmin ərazi lazımi materiallarla doldurulsa da, bu gün də çökmə müşahidə olunub
Bu barədə APA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, ASC-nin müvafiq müəssisəsi tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub.
"Çökən yol lazımi materiallarla doldurulub. Lakin hava şəraiti normal olmadığı üçün qurumun əməkdaşları çökmüş yolda araşdırma apara bilməyiblər. Araşdırma aparmaq üçün həmin yer tam qazılıb çıxarılmalıdır. Bir müddət öncə orada kommunikasiya xətlərində də problem olub. Vaxtilə o yolda yeddiyə yaxın boru köçürülüb. Araşdırmalar göstərir ki, çökmüş yolda su yol yatağını yuyub. Yaxud da kommunikasiyaların köçürülməsi zamanı düzgün kipləşdirmə işləri aparılmayıb. Təbii ki, əgər düzgün kipləşdirmə işləri aparılmayıbsa, orada çökmə baş verməlidir", - deyə P. Mürsəliyev bildirib.
P. Mürsəliyev qeyd edib ki, yolun çökmüş hissəsi lazımi materiallarla doldurulsa da, həmin ərazidə bu gün də bir qədər çökmə müşahidə olunub: "Təbii ki, müvafiq istismar müəssisəsi o ərazini nəzarətə götürüb. Orada hər hansı təhlükədən söhbət gedə bilməz. Ancaq hava şəraiti normallaşan kimi, biz həmin hissəni qazıb, hadisənin səbəblərini tapıb, orada lazımi tədbirlər görəcəyik. Məhz bundan sonra həmin yola asfalt-beton örtüyü vurulacaq".
O qeyd edib ki, yolu çökməsi nəticəsində yolda tıxac əmələ gəlsə də, müvafiq tədbirlər görüləndən sonra nəqliyyat sıxlığı aradan qaldırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





