Yol polisi sürücünü təhqir etdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, avtomobili saxlayan yol polisi əməkdaşı onu cərimə meydançasına aparır. Maraqlısı budur ki, polis əməkdaşı maşını cərimə meydançasına aparmaq üçün özü sükan arxasına keçir. Sürücünü isə maşında əyləşdirir. Sürücü polis əməkdaşının bu hərəkətini telefonla çəkir. Maşını idarə edə-edə telefonla danışan polis əməkdaşı sürücünün onu lentə aldığını görür və telefonu ondan alır.Cərimə meydançasına apardığı maşında telefonla danışan DYP əməkdaşı onu telefona çəkən sürücünü təhqir edib
Bu zaman sürücü ilə polis əməkdaşı arasında başlanan mübahisə onlar maşından düşdükdən sonra da davam edir. Polis əməkdaşı telefonunu istəyən sürücüyə "gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, cücə, selyodka canın var, ağıllı ol" deyir.
Maraqlıdır, sükan arxasında mobil telefondan istifadə etməyin qadağan olunduğunu bilən yol polisi başqalarına bu cür nümunə göstərir. Xidməti avtomobildə olsaydı, başa düşmək olardı, yol polisi xidmət aparır və telefonla danışır. Amma başqasının avtomobilində oturub maşını hansısa qayda pozuntusuna görə cərimə meydançasına apararkən telefondan istifadə etmək düzgün deyil. Əgər bu telefon danışığı xidmətlə bağlı olsaydı, həmin polisi başa düşmək olardı.
Amma danışıqdan da aydın olur ki, DYP əməkdaşı evini təmir etdirir və ustalara telefonla göstəriş verir. Telefonla çəkildiyini görəndən sonra yol polisinin sürücüyə qarşı göstərdiyi münasibət, danışıq tərzi isə dövlət məmurunun danışıq tərzini yox, küçədə bir-biri ilə mübahisə edən intizamsız insanların danışığını xatırladır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye





