Azərbaycanda avtobus "Jiquli"ni parçaladı: ölən və yaralanan var - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12:22
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus "PAZ" markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Milli.Az Kəpəz TV-yə istinadən məlumat verir ki, zərbənin təsirindən "VAZ 2106" bir neçə hissəyə bölünüb. Qəza zamanı avtobusda sərnişinlər olmadığından yalnız sürücü Elgün Novruzov xəsarət alıb. Yaralı dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
----------
10:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus "PAZ" markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov dünyasını dəyişib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:55-də başa çatıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü





