Hadisə

Azərbaycanın bir sıra rayonlarında güclü yanğınlar olub

14 Avqust 2014 08:54
0 Şərh     Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şəki rayonu, Kiş kəndində (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə 2 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürmə avtomobili, 62 nəfər yanğınsöndürənlər və 38 nəfər kənd əhalisi cəlb olunublar. Yaxınlıqdakı meşə zolaqı yanğından mühafizə olunub.
Yanğın saat 21:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran rayonu, Seyidəkəran kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus 2 ton ot bağlamasının 500 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad rayon, Bəcirəvan kəndində (rayon mərkəzindən 15 km aralı) meşə bərpası idarəsinə məxsus ərazidə 8 ha sahədə meşə zolağı, qurumuş ağaclar, kötüklər və kol-kos yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 2 ədəd helekopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 6 ədəd yanğınsöndürmə avtomobili, 73 nəfər yanğınsöndürənlər və 40 nəfər meşə təsərrüfatı işçiləri cəlb olunublar.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.