Xəbər verdiyimiz kimi, Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub.
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb.
Boğularaq həyatını itirən Uğurun babası Eldar İmanov hadisənin necə baş verməsindən danışıb:
"Həyətdə heyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası heyvanı sulamağa getdi, mən də içəridə danaya yem verməyə keçdim. Sonra anası məndən soruşdu ki, uşaq hardadı? Dedim, yanında yoxdur? Anası həyətə baxanda gördü ki, suyun üzündədir..."
Faktla bağlı araşdırma başlanıb.
Milli.Az





