Hadisə

Bakıda kişi özünü 9-mərtəbəli binanın damından atıb

7 Avqust 2014 10:14
3 Şərh     Baxış: 2 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi 103 ünvanında qeydə alınıb.
 
Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Nazim Abidin oğlu Məmmədzadə özünü 9-mərtəbəli binanın damından atıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.