Masallıda bıçaqlanma faktı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirirk i, hadisə rayonun Böyuk Kolatan kəndi ərazisindəki məscidin qarşısında baş verib. Kənd sakini Fərahim Aslanov şəxsi münaqişə zəminində həmkəndlisi, 21 yaşlı Şaiq Nəciyevə bıçaqla bədən xəsarəti yetirib. İki bıçaq zərbəsi alan S.Nəciyev dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasina çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az