Hadisə

Əməkdar artistdən kobud qayda pozuntusu - (Video)

10 Avqust 2026 11:44
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını pozub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi qayda pozuntusunu əks etdirən görüntüləri özü sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı "Cadillac" markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. Daha sonra avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.

Çəkiliş zamanı hər hansı təhlükəsizlik tədbiri görülməyib və xəbərdarlıqedici nişanlardan istifadə olunmayıb. Bu səbəbdən yoldan keçən avtomobillərin hərəkəti çətinləşib və qəza riski yaranıb.

Qeyd edək ki, avtomobil yollarında bu cür çəkilişlər zamanı aidiyyəti qurumların əvvəlcədən məlumatlandırılması və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi tələb olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.