Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını pozub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi qayda pozuntusunu əks etdirən görüntüləri özü sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı "Cadillac" markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. Daha sonra avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.
Çəkiliş zamanı hər hansı təhlükəsizlik tədbiri görülməyib və xəbərdarlıqedici nişanlardan istifadə olunmayıb. Bu səbəbdən yoldan keçən avtomobillərin hərəkəti çətinləşib və qəza riski yaranıb.
Qeyd edək ki, avtomobil yollarında bu cür çəkilişlər zamanı aidiyyəti qurumların əvvəlcədən məlumatlandırılması və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi tələb olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)