Kürdə bataraq ölən qız Azərbaycan çempionu imiş - (Yenilənib)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.
Qızın nənəsi Gülnaz Məmmədovanın sözlərinə görə, hadisə nəvələri suda çiməndə baş verib:
"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdilər, tapa bilmədilər. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girmişdi".
Nənəsi onu da bildirib ki, nəvəsi idmançı idi, bir neçə yarışın qalibi olub.
O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.
Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.
Sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.
________
Samux rayonunun Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kürdə bataraq ölən qız Azərbaycan çempionu imiş - (Yenilənib)
-
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
-
Həbib illər sonra Makqreqorun təhqirlərinə niyə cavab vermədiyini açıqladı
-
Balakəndə ağır qəza: 3 nəfər öldü
-
Qubada 7 kiloqram narkotik vasitə aşkarlanıb - (Foto)
-
Çingiz Əlioğlunun dəfn olunacağı yer məlum oldu
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Sabirabadda 59 yaşlı kişi elektrik cərəyanından ölüb
-
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
-
DYP-dən velosipedçilərə müraciət
-
Messi atasının dəfn mərasimində ailəsi ilə birlikdə - (Video)
-
Türkan Şoray Azərbaycana gəlir
-
Xalq artistinin konsertində rəqqasların geyimi müzakirə yaratdı - (Video)
-
İcra başçısının sürücüsü faciəli şəkildə öldü
-
Dünya birjalarında neft bahalaşdı
-
Bakının iki rayonunda işıq olmayacaq
-
Sucuq qızardarkən 1 qaşıq un əlavə edin
-
Pəncərənizə alüminyum folqa sərin: Anında təsir edir
-
Bu 4 bürc mükafatlandırılacaq
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni daim təkrarlayırlar
-
Qızartma yağına bir parça kök atanda nə baş verir?
-
"Ali Rıza bəy" 16 ildən sonra həmin evdə - (Foto)
-
Cəlilabadda transformator yanıb
-
Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü





