Masallıda itlərin yeminə ayrılan minlərlə pulu vəzifəli şəxslər mənimsəyib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki , Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərov mühakimə edilib. Onlar üçü də azadlıqdadır.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib. Məsələn, süpürgəçilərin maaşı, çayxana tikilişi və sair.
Amma ən maraqlı epizod isə başqadır. İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə "oğurlanıb". Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb.

Məhkəmə istintaqı vaxtı bir çox ittihamlar sübut edilsə də, təsdiqini tapmayan bəzi epizodlar da olub. Bu da yekunda nəzərə alınıb. Həmçinin təqsirləndirilən şəxslər dəymiş ziyandan 35 min 380 manatını geri ödəyiblər.
Bunlara əsasən, təqsirləndirilən şəxslər üçü də azadlıqda qala biliblər. Onlardan M.Əliyevə şərti, Y.Heydərova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Qurbanxan İsgəndərovun isə ev dutaqlığında keçirdiyi müddət yetərli sayılıb.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fədayə Laçının rus dili "imtahan"ı - VİDEO
-
Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Bu yay məktəblilər üçün ödənişsiz düşərgələr yaradılacaq?
-
“Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
-
Afət həmkarı ilə qırğına çıxdı: ""YouTube" kanalını bağlatdıracağam"
-
Erkən yaşda sosial şəbəkələrə çıxışla bağlı ciddi xəbərdarlıq
-
Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır
-
Acun gündəm olan balaca azarkeşi sevindirdi - VİDEO
-
Pakistan ordusuna məxsus helikopter qəzaya uğradı - Sağ qalan yoxdur
-
Masallıda itlərin yeminə ayrılan minlərlə pulu vəzifəli şəxslər mənimsəyib?
-
Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü
-
Müğənni Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"
-
Ermənilər daha bir xalq mahnımızı oğurladılar - VİDEO
-
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib - FOTO
-
Regionlarda elektromobil sürmək niyə hələ də risklidir? - ARAŞDIRMA
-
"Beşiktaş" fransalı qapıçı transfer edir
-
Paytaxtda avtomobil alışdı - VİDEO
-
Sumqayıtda özünü binadan atan məktəblinin işi üzrə yeni faktlar
-
“Son zəng”lə bağlı qadağalar olacaq
-
Lamiyyə əri ilə FOTOsunu paylaşdı
-
Ramil Şeydayev özünə yeni klub TAPDI
-
Yevlaxda körpə ölü doğuldu
-
"Eşref Rüya" final edir - FOTO
-
“Qəbələ” kot-divuarlı oyunçusunu göndərdi





