Erkən yaşda sosial şəbəkələrə çıxışla bağlı ciddi xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erkən yaşda sosial şəbəkələrdən istifadə yetkinlik yaşına çatmayan şəxslərdə bullinq, rəqəmsal asılılıq, psixoloji travmalar və transmilli xarakterli təsirlərə məruz qalma riskini kəskin şəkildə artırır.
Milli.Az xəbər verir ki, Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd ismayılov İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunıarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
İcraçı direktor bikdirib ki, Azərbaycan dövləti tərəfindən uzun illərdir uğurla həyata keçirilən güclü ailə və uşaq siyasətinin, eləcə də milli-mənəvi dəyərlərin qorunması strategiyasının hüquqi mexanizmlərlə rəqəmsal mühitə də inteqrasiya olunması artıq subyektiv istək deyil, obyektiv və qaçılmaz bir zərurətdir:
"Biz bu qanun layihəsini dəyərləndirərkən iki əsas fundamental meyarı - qabaqcıl beynəlxalq təcrübəni və rəqəmsal medianın inkişaf tendensiyalarını - rəhbər tutmalıyıq.
Təklif olunan layihə qabaqcıl dünya praktikasında mövcud olan hüquqi tənzimləmə mexanizmləri ilə tam uyğunluq təşkil edir və beynəlxalq standartlara cavab verir.
Bu dəyişikliklər yalnız sanksiyalar toplusu deyil, ilk növbədə rəqəmsal məkanda təhlükəsiz, şəffaf və səmərəli ekosistemin formalaşdırılmasına xidmət edir.
Biz bu qanun layihəsini internet provayderlərinin və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında və intellektual inkişafında dövlət və cəmiyyət qarşısında sosial və hüquqi məsuliyyət daşımasını təmin edən bir mexanizm kimi qiymətləndiririk".
Ə.İsmayılov vurğulayıb ki, bu, vətəndaşları rəqəmsal təhlükələrdən, hibrid informasiya təsirlərindən və müxtəlif risklərdən qorumağa yönəlmiş mühüm bir yanaşmadır. Məsələ media etikası, hüquq və jurnalistika peşəkarlığı prizmasında xüsusi əhəmiyyət daşıyır və layihənin konseptual baxımdan mühüm bir referens olduğunu qeyd etmək lazımdır:
"Birincisi, layihədə yaş yoxlaması məqsədilə toplanan fərdi məlumatların sistemdə saxlanılması və ya reklam məqsədləri üçün üçüncü tərəflərə ötürülməsi qəti şəkildə qadağan edilir. Bu, müasir rəqəmsal etika və beynəlxalq məxfilik hüququnun əsas tələblərindəndir. Bu norma açıq şəkildə göstərir ki, uşaqların şəxsi məlumatları rəqəmsal korporasiyaların kommersiya maraqlarına çevrilə bilməz. Hüquqi tənzimləmə mexanizmi uşaqların profilaktik müdafiəsini təmin edən etibarlı bir sipər rolunu oynayacaqdır.
İkincisi, yetkinlik yaşına çatmayan şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında, uşaqlıq və yeniyetməlik dövründə rəqəmsal platformalarda paylaşılan məlumatların tamamilə və birdəfəlik silinməsi hüququ nəzərdə tutulur. Bu, şəxsin gələcək onlayn reputasiyasını qoruyan mühüm etik və hüquqi təminatdır. Bu yanaşma keçmişdə edilmiş rəqəmsal davranışların gələcəkdə şəxsin qarşısına maneə və ya təhdid kimi çıxmasının qarşısını alır.
Bununla yanaşı, qanunun qəbulundan sonra cəmiyyətdə, xüsusilə təhsil müəssisələrində, valideynlər və müəllimlər arasında geniş rəqəmsal maarifləndirmə kampaniyalarının aparılması onun effektivliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Çünki ən mükəmməl qanun belə rəqəmsal savadlılıq və valideyn nəzarəti olmadan tam nəticə vermir".
O qeyd edib ki, bu qanun layihəsi uşaqları rəqəmsal dünyanın mənfi təsirlərindən qorumaq üçün daha sağlam və təhlükəsiz bir mühit formalaşdırmağa xidmət edir.
"Təklif olunan dəyişikliklər həm universal etik normalara, həm milli maraqlara, həm də qabaqcıl beynəlxalq hüquq standartlarına tam uyğundur.
Hesab edirik ki, bu addım milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək", - deyə o fikrini yekunlaşdırıb.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)
-
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş





