Dünya

Pakistan ordusuna məxsus helikopter qəzaya uğradı - Sağ qalan yoxdur

10 İyun 2026 15:36
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pakistanın Müzəffərabad şəhəri yaxınlığında Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki,  texniki nasazlıq nəticəsində baş verən qəzada göyərtədə olan bütün heyət üzvləri həlak olub.

Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb edilib. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradılıb.

Pakistan Ordusunun Baş Qərargah rəisi Seyid Asim Munir və Baş nazir Şehbaz Şərif faciə ilə bağlı başsağlığı verərək, həlak olan hərbçilərin ailələrinə səbir diləyiblər.

Fidan

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.