Hadisə

Paytaxtda avtomobil alışdı - VİDEO

10 İyun 2026 14:57
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Nizami rayonunda minik avtomobilində yanğın hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları göndərilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində "Hyundai" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Alovun ətrafdakı ağaclıq sahəyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidə yerləşən ağaclar da yanğından mühafizə edilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.