Hadisə

Ağır QƏZA: Ölən var, ata və övladları yaralıdır - FOTO

25 Aprel 2026 09:02
Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Milli.Az xəbər verir ki, qəza  hadisəsi laçınlıların kompakt məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, Laçın rayon sakini Bakir Möhbalı oğlu Quliyevin idarə etdiyi 41 BE 893 dövlət qeydiyyat nişanlı, "VAZ" markalı minik avtomobili Yevlax rayon sakini Azər Bənah oğlu Bədəlova məxsus "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində "VAZ"ın sürücüsü Bakir Quliyev hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Habil Əli oğlu Həsənov və onu iki övladı - 2008-ci il təvəllüdlü Polad Habil oğlu Həsənov, 2013-cü il təvəllüdlü Murad Habil oğlu Həsənov, eləcə də, 2014-cü il təvəllüdlü Razi Surxay oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, həyatını itirən Bakir Quliyev baytarlıq sahəsində çalışıb. "KamAZ" markalı yük avtomobilinin isə Ağcabədi rayonunda Kür çayında uçan bəndin bərpası işlərinə cəlb olunan nəqliyyat vasitələrindən biri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.