Hadisə

Maşın ağaca çırpıldı: Ölən və yaralananan var

25 Aprel 2026 09:41
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəkidə avtomobil ağaca çırpılması nəticəsində ölən və xəsarət alanlar var.

Milli.Az-ın məlumatına görə, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.