Komissiya Kür çayındakı vəziyyətə görə toplandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə komissiyanın 67-ci iclası keçirilib.
Bu barədə Milli.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, toplantıda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Son vaxtlar Kür çayı üzrə su ehtiyatlarının artması ilə bağlı bildiririk ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində Kür çayı üzərində yerləşən su anbarları sistemi Komissiya tərəfindən nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib.
Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün müvafiq tədbirlər görüldüyü qeyd edilib.
Sonda Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət başçısının 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb.
Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.
Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadının son vəziyyəti - Yenilənib - (Video)
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
XƏBƏR LENTİ
-
Nurməhəmmədovla Dvalişvilinin davasının pərdəarxası
-
İrem Derici Romada küçədə izdiham yaratdı - (Video)
-
Nifrətə üç həftə: Avropa yeniyetmələri necə ekstremistə çevrilir
-
Putin 175 il sonra dəyişir: Çarın tikdirdiyi 22 saatlıq yolda SSRİ mühasirəyə düşmüşdü
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
7 alma 100 minə satıldı - (Fotolar)
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycanlı müğənni: "Mənə elçi gələnin 2 arvadı varmış, mənə oxşayırdılar"
-
Xəyyam Salehova yüksək vəzifə verildi
-
Dostunun toyuna gedən qazi faciəli şəkildə öldü
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Bazar günü yağış və qar yağacaq
-
Məşhur türk müğənni tanınmaz halda - (Foto)
-
5 BÜRCÜN şans üzünə güləcək
-
Futbolçunun ölümünə səbəb olan qapıçıya ağır cəza
-
BMW 720 mindən çox avtomobili geri çağırır
-
İstilik mövsümü başlayır
-
“Yeraltı"nın aktyorunun aparıcıya reaksiyası diqqət çəkdi - (Video)
-
Füzulidəki qəzada ölənlər müəllim və tələbələri imiş... - Yenilənib - Foto
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Samir Əhmədov qəfil vəfat etdi
-
Ronaldinyo 2015-ci ildən bəri ilk rəsmi oyununu keçirəcək





