Hadisə

Bakıda ağır qəza: Ölən var

14 Aprel 2026 10:10
Baxış: 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Zığ-Beton yolu istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Elmir Qubadovun idarə etdiyi "Toyota Corolla" markalı minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan "Hyundai" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sərnişinlər Elvin Əsgərov və Samir Məmmədov hadisə yerində ölüblər.

Digər sərnişinlər - Azad Əhmədov, Gülşən Məmmədova və sürücü E.Qubadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır./Trend.Az

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.