Hadisə

Bakıda göl daşdı, balıqlar ətrafa yayıldı - FOTO

29 Mart 2026 19:04
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərində güclü yağıntı qeyri-adi hadisəyə səbəb olub.

Milli.Az xəbər verir ki, hadisə Binə və Sədərək ticarət mərkəzləri arasında yerləşən göldə baş verib.

Belə ki, intensiv yağış nəticəsində göldə suyun səviyyəsi kəskin şəkildə artaraq daşqına səbəb olub. Nəticədə göldə saxlanılan balıqlar ətrafa yayılıb.

Hadisə zamanı ərazidən keçən bəzi şəxslər yaranmış vəziyyətdən istifadə edərək, ətrafa yayılan balıqları tor vasitəsilə tutmağa başlayıblar.\ Teleqraf

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.