"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın iki xanımla getdiyi restorandan çıxarkən kameralara tuş gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, restorandan çıxarkən kameraları görən xanımlar yenidən içəri qayıdıblar.
Sergen Yalçının maşınını restoran qarşısına gətirən əməkdaş isə şəkil çəkdirmək istəyərkən baş məşqçinin sərt reaksiyasına tuş gəlib./İdman.Biz
Milli.Az





