İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi"ndə əksini tapıb.
Bəs, güzəşt dedikdə nəzərdə tutulan nədir?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatda güzəştlərin effektiv tətbiqi üçün ödəniş sistemində dəyişiklik vacibdir və Azərbaycanda ötən ildən elan edilən "brutto müqavilə" modelinə keçid bunun əsas hissəsidir.
Onun sözlərinə görə, proses bu ildən start götürməli və 2026-2028-ci illərdə mərhələli şəkildə Bakı, Sumqayıt, Qarabağ bölgəsindəki şəhərlər, Naxçıvan və Gəncədə icra olunmalıdır.
Ekspert qeyd edib ki, yeni modeldə daşıyıcılara hər kilometrə görə subsidiya veriləcək, gündəlik, aylıq və illik bilet paketləri, eləcə də təqaüdçülər, tələbələr, müharibə iştirakçıları və veteranlar üçün güzəştli tariflər tətbiq olunacaq. Bundan başqa, uzaq məntəqələrdən gələn sərnişinlər üçün 90 dəqiqəlik pulsuz transfer imkanları xərclərin optimallaşdırılmasına şərait yaradacaq:
"Əvvəlcədən illik bilet alan sərnişinlər üçün səfər daha ucuz başa gəlir, pulsuz transferlər isə bir ödənişlə müxtəlif nəqliyyat növlərindən istifadə etməyə imkan verir. "Brutto müqavilə"yə keçid sürətləndirilməli və sərnişinlər bu dəyişikliklərin maliyyə baxımından müsbət təsirini real olaraq hiss etməlidir".
Ekspert həmçinin əlavə edib ki, bu cür sistemlər region ölkələrində də tətbiq olunur və nümunə kimi Tiflis, Kiyev, Moskva və İstanbul göstərilə bilər:
"Dünyanın digər ölkələrində artıq 40 ildir ki, bu sistemlə ictimai nəqliyyat idarə olunur".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Yenilənib/Foto)
-
Şəmkirdə maşın dərəyə aşdı
-
ABŞ-yə qaçan Bolsonaro özünü ölkənin lideri elan etdi
-
Azərbaycan nefti kəskin bahalaşdı
-
“Tramp boğazı” - ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
-
Si Cinpinin növbəti hədəfi kimdir? - Çində hakimiyyət böhranı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
“Liverpul” “Çelsi”dən üstün oldu
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib (Foto)
-
Peyvənddən sonra niyə qızdırmamız qalxır? - Araşdırma
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?





