Texnologiya

Bakteriyadan belə kiçik kvadrat kod: Məlumat saxlama texnologiyasında dünya rekordu

27 Fevral 2026 05:05
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyanalı tədqiqatçılar və "Cerabyte" şirkəti elektron mikroskopu ilə oxuna bilən, dünyanın ən kiçik kvadrat kodunu istehsal edərək Ginnesin Rekordlar Kitabına düşüblər. Bu kəşf, məlumatların minlərlə il ərzində heç bir enerji sərf etmədən saxlanıla biləcəyi "keramika depolama" dövrünün qapısını açır.

Milli.Az xəbər verir ki, bu yeni kvadrat kodun pikselləri cəmi 49 nanometr ölçüsündədir. Müqayisə üçün deyək ki, bu kod bir çox bakteriyadan daha kiçikdir və cəmi 1.98 mikrokvadratmetr sahəni tutur.

Bu kodu adi kamera və ya optik cihazlarla oxumaq qeyri-mümkündür; məlumatı görmək üçün mütləq skanlayıcı elektron mikroskopu (SEM) lazımdır.

Bu texnologiya sayəsində cəmi bir A4 vərəqi ölçüsündə olan keramika təbəqəsinə 2 TB-dan çox məlumat yazmaq mümkündür.

Müasir sabit disklər (HDD) və fləş yaddaşlar zamanla korlanır və xüsusi soyutma şəraiti tələb edir. Keramika isə "daş kitabələr" kimi minlərlə il ərzində ətraf mühit təsirlərinə qarşı tam davamlıdır.

Məlumat bir dəfə keramika qatına qazıldıqdan sonra onu saxlamaq üçün heç bir elektrik enerjisinə və ya soyutma sisteminə ehtiyac qalmır.

Hələlik bu kəşf laboratoriya mərhələsindədir. "Cerabyte" şirkəti indi bu prosesi sənaye miqyasına keçirmək, yazılma sürətini artırmaq və xərcləri azaltmaq üzərində işləyir. Lakin artıq aydındır ki, rəqəmsal tariximizi gələcək nəsillərə ötürmək üçün ən etibarlı yol bu mikroskopik kodlar ola bilər.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.