Hadisə

Qəbələdə ağır qəza - sürücü öldü

25 Fevral 2026 20:12
Baxış: 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğuya cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.