Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və faciə ilə bağlı bəyanat qəbul edilib.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Peruda akkreditə olunmuş diplomatik korpus və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Rosanxela Andreya Barbaran Reyes çıxış edərək Xocalıda həlak olmuş günahsız soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı verib və Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin iz qoyduğunu qeyd edib.
Sonra çıxış edən səfirliyin əməkdaşı Gültən Qafqazlı-Novruzova Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumat verərək, bu qətliamın və onun acı nəticələrinin unudulmamasının, habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün soyqırımı törədənlərin hamısının məsuliyyətə cəlb olunmasının önəmini vurğulayıb.
Diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini, bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindən Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edildiyini diqqətə çatdırıb, bu məsələdə ədalətli mövqe və həmrəylik nümayiş etdirdiyi üçün Peru tərəfinə minnətdarlığını bildirib.
Daha sonra, Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətni oxunulub.
Bəyanatda Xocalı soyqırımının 34-cü ildönümünün anıldığı diqqətə çatdırılıb. Həmçinin çox sayda insanın qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qanlı faciə haqqında məlumat verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənəddə bu soyqırımının pisləndiyi bildirilib.
Bəyanatda həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən 2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksək səviyyəli görüşə dəstək vurğulanıb.
Bundan başqa, bəyanatda bu gün bütün dünya azərbaycanlılarının Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini ehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, baş vermiş faciənin 34-cü ildönümünün anılması ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub.
Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib, iştirakçılara qanlı faciənin tarixinə dair broşür və materiallar təqdim olunub.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib - FOTO
25 Fevral 2026 20:46
Baxış: 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb
-
"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Günün qoroskopu: Yaradıcılığınızın zirvəsində olacaqsınız
-
Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir
-
Yanğınsöndürəndən xəbərdarlıq: Evində "airfryer" olanlar diqqətli olsun
-
Əraqçi: Hörmüzdən bu ölkələrin keçidinə icazə vermişik
-
Qalmaqallı prokuror işdən çıxarıldı





