Hadisə

Bakıda usta faciəli şəkildə öldü

25 Fevral 2026 14:14
Baxış: 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, dünən saat 13 radələrində Kürdəxanı qəsəbəsinin ərazisində yerləşən çoxmərtəbəli binada təmir işləri görən şəxs hündürlükdən yıxılaraq ölüb.

Vəfat edən tikinti işçisinin Quba rayon sakini 1989-cu il təvəllüdlü Qamət Müslüm oğlu Sultanov olduğu müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.