Cəmiyyət

Sabah metro gücləndirilmiş rejimdə çalışacaq

25 Fevral 2026 19:50
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Milli.Az xəbər verir ki, bu haqda "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, "Ana harayı" abidəsinin yaxınlığında yerləşən "Xətai", eləcə də "Cəfər Cabbarlı" və "28 May" stansiyalarında nəzarət tədbirləri artırılacaq.

Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.