Yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki:
- obyekt yanğın su hovuzu və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;
- obyektdə standarta uyğun olmayan qızdırıcı sobalardan istifadə olunur;
- obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla tam təmin olunmayıb;
- obyekt havalandırma ventilyasiya qurğusu ilə təmin edilməyib;
- sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- obyektin bəzi tavan hissələri yanar materiallarla üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
- obyektin ərazisi gecə işıqlandırılması ilə təmin edilməyib və yanar tullantılardan təmizlənməyib;
- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında yerləşən mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib./Trend
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
39 yaşlı kişi maşında öldü
-
Daşkəsəndə sel suları: İri qaya parçaları kəndin yolunu bağladı - (Foto)
-
Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq ölüb
-
İsmayıllıda toyda zəhərlənənlərin sayı 31-ə çatıb - Yenilənib
-
Bakıda 5 aylıq hamilə qadın xəstəxanada öldü - (Foto)
-
“Telefonu ver, danışıb qaytaracağam” - deyən müştəri taksi sürücüsünün başına oyun açdı - (Video)
XƏBƏR LENTİ
-
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir? - (Foto)
-
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılan var (Foto-Video)
-
Atası 26 il sonra oğlu kimi qəbul etdi - Belçika şahzadəsi oldu
-
İranlı gənc qızların Van gölü ətrafındakı əyləncəli anları diqqət çəkdi – (Video)
-
39 yaşlı kişi maşında öldü
-
DİN-də işləmək istəyənlərin nəzərinə
-
Səhiyyə Nazirliyindən Samuxdakı qarayara ilə bağlı açıqlama
-
Mert Demir konsertini yarımçıq saxladı, səhnədə bığlarını qırxdırdı - (Video)
-
Prezident sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib (Foto)
-
"Mançester Siti"nin tarixində rekord satış: 88 milyona “Tottenhem”ə keçdi
-
Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir
-
İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir
-
Prezident: Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır
-
Azərbaycan Prezidenti: Bu, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir
-
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
-
Prezident: Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır
-
Növbəti 4 gündə hava "od tutub yanacaq" - Proqnoz
-
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - (Foto)
-
Direktor olmaq istəyənlərin diqqətinə
-
Daşkəsəndə sel suları: İri qaya parçaları kəndin yolunu bağladı - (Foto)
-
Avqustda sosial yardımların veriləcəyi tarix açıqlandı
-
Mais Nəsirova yüksək vəzifə verildi
-
Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq ölüb
-
İsmayıllıda toyda zəhərlənənlərin sayı 31-ə çatıb - Yenilənib





