Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. /"Report"
Milli.Az





