Ağır QƏZA: Bacı-qardaş öldü

2 Fevral 2026 09:05

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. /"Report"

Milli.Az