Hadisə

Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlandı

16 Yanvar 2026 09:51
Baxış: 242
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda 6 kq-dan artıq narkotik maddə aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.

E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixauana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.