Hadisə

Bakıda piyadalar ölümdən son anda xilas oldular - ANBAAN VİDEO

9 Dekabr 2025 11:21
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyət hissi ilə təmin olunur. Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayanan və düzgün davranış nümayiş etdirən piyadalar belə bəzən başqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşə bilirlər".

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.

Müraciətdə qeyd olunur ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yola kifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxt ağır nəticələrə gətirib çıxarır:

"Belə hallarda piyadanın təhlükədən yayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına imkan yaradır.

Sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları qaydalara uyğun hərəkət etməyə çağırırıq.

Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin düşünülmüş və doğru qərarlarından başlayır".

Bakıda piyadalar dəhşətli qəzanın qurbanı olmaqdan son anda xilas olmasının görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.